+994 77 317 17 56Bakı, AzərbaycanWhatsApp
Zəng et
Mətbəxdə kombi və kondisioner yanında usta
Bakıda kombi, qazan və kondisioner servisi

Kombi sönüb? Kondisioner soyutmur? Ustanı indi çağırın.

Elite Service kombi, qazan və kondisionerləri təmir edir, quraşdırır və mövsümə hazırlayır. Nasazlığı yerində tapırıq, qiyməti işə başlamazdan əvvəl deyirik.

Evə gəlişUsta ünvanınıza gəlir
ZəmanətGörülən işə zəmanət verilir
Açıq qiymətQiymət işdən əvvəl razılaşdırılır
Bütün sistemKombi, qazan, kondisioner

Bir servis: istilik də, sərinlik də

Lazım olan xidməti seçin və bir toxunuşla sifariş edin.

Kombi təmiri

Kombi təmiri

Kombi işə düşmür, su qızdırmır, səs salır və ya ekranda xəta göstərir? Səbəbi tapır, yerində aradan qaldırırıq.

  • Xəta kodlarının həlli
  • Nasos, lövhə, ventilyator
  • Sızma və təzyiq düşməsi
Kombi servisi

Kombi servisi

İllik baxış kombinin ömrünü uzadır, qaz sərfini azaldır və qışın ortasında qəfil dayanmanın qarşısını alır.

  • Brülörün təmizlənməsi
  • Eşanjörün yoxlanması
  • Baca və təzyiq yoxlaması
Kombi quraşdırılması

Kombi quraşdırılması

Evinizə uyğun gücü seçir, kombini qurur, qaz, su və baca xətlərini düzgün qoşuruq.

  • Gücün seçilməsi
  • Köhnə kombinin sökülməsi
  • Test və işə salma
Qazan təmiri

Qazan təmiri

Divar və döşəmə tipli istilik qazanları üçün təmir, tənzimləmə və profilaktika.

  • Brülör və avtomatika
  • Termostat və sensorlar
  • Sızmaların aradan qaldırılması
Kondisioner təmiri

Kondisioner təmiri

Soyutmur, su damızdırır, səs salır və ya işə düşmür? Səbəbi tapır, lazım olan hissəni dəyişirik.

  • Freon sızmasının tapılması
  • Kompressor və lövhə
  • Su damcılamasının həlli
Kondisioner servisi

Kondisioner servisi

Təmiz kondisioner daha güclü soyudur, az elektrik işlədir, otağa toz və pis qoxu vermir.

  • Filtr və radiatorun yuyulması
  • Drenajın təmizlənməsi
  • Freon doldurulması
Kondisioner quraşdırılması

Kondisioner quraşdırılması

Otağın ölçüsünə uyğun model seçir, daxili və xarici bloku səliqəli quraşdırırıq.

  • Sökmə və köçürmə
  • Mis boru xətti
  • Vakuum və test
İstilik sisteminin yuyulması

İstilik sisteminin yuyulması

Radiatorlar zəif isinir? Çirk və hava tıxacı çıxarılandan sonra otaqlar bərabər isinir.

  • Radiatorların yuyulması
  • Havanın çıxarılması
  • Təzyiqin tənzimlənməsi

Kombinin ekranında kod yanır?

Kodu seçin və nə demək olduğunu görün. Ekranın şəklini göndərin, usta dəqiq desin.

E01Baxi

Alov yaranmır

Nə etməli? Qaz kranını yoxlayın və bir dəfə reset edin. Kod qalırsa, ustanı çağırın.

Kodun mənası modelə görə dəyişə bilər.

Müştərilər niyə Elite Service-i seçir

Tez cavab

Zəng edin və ya yazın, gəliş vaxtını dərhal razılaşdıraq.

Gizli ödəniş yoxdur

Usta yoxlayır, qiyməti deyir, razılaşandan sonra başlayır.

Etibarlı hissələr

Kombinizə və kondisionerinizə uyğun ehtiyat hissələri istifadə edirik.

Səliqəli iş

İşdən sonra evinizdə toz və zibil qalmır.

Zəmanət

Görülən iş zəmanətlə təhvil verilir.

Hamısı bir yerdə

Kombi, qazan, kondisioner üçün ayrı usta axtarmayın.

4 addımda problem həll olunur

1

Zəng edin

Problemi deyin və ya şəklini WhatsApp-a göndərin.

2

Usta gəlir

Razılaşdırılmış vaxtda gəlir, cihazı yoxlayır.

3

Qiymət deyilir

Nasazlığı izah edir, qiyməti əvvəlcədən deyir.

4

İş təhvil verilir

Cihazı sizin yanınızda yoxlayır, zəmanət veririk.

Nasazlığı gözləməyin, mövsümə hazırlaşın

Payız və qış

Kombi soyuqdan əvvəl

Soyuqlar başlayanda ustaya növbə uzanır. Baxışı indi edin, qışda evsiz istilik qalmayın.

  • Brülör və eşanjör
  • Təzyiq və genləşmə çəni
  • Baca və qaz bağlantıları
Yaz və yay

Kondisioner istidən əvvəl

Bir filtr təmizliyi soyutmanı gücləndirir, elektrik sərfini azaldır, havanı təmiz saxlayır.

  • Filtr və bloklar
  • Freon səviyyəsi
  • Drenaj xətti

Xidmət etdiyimiz markalar

Siyahıda sizin markanız yoxdursa, zəng edin, dəqiqləşdirək.

  • Ariston
  • Baxi
  • Vaillant
  • Bosch
  • Buderus
  • Immergas
  • Ferroli
  • Protherm
  • Gree
  • Midea
  • LG
  • Samsung
  • Daikin
  • Mitsubishi

Tez-tez verilən suallar

Kombiyə nə qədər tez-tez servis lazımdır?

İldə bir dəfə, ən yaxşısı istilik mövsümündən əvvəl.

Kombinin təzyiqi nə qədər olmalıdır?

Soyuq sistemdə adətən 1–2 bar. Tez-tez düşürsə, sızma ola bilər.

Kondisioneri nə vaxt təmizlətmək lazımdır?

İldə ən azı bir dəfə, yay başlamazdan əvvəl.

Qiyməti nə vaxt bilirəm?

Usta yoxlamadan sonra deyir. Razılaşmasanız, iş başlamır.

Qaz iyi gəlirsə, nə etməli?

Qaz kranını bağlayın, pəncərələri açın, elektrik açarlarına toxunmayın və qaz xidmətinə zəng edin.

Hansı ərazilərə gəlirsiniz?

Bakı və Abşeron. Ünvanınızı yazın, gəliş vaxtını deyək.

Ustanı çağırın

Formanı doldurun, sifarişiniz WhatsApp-da hazır mesaj kimi açılacaq.

+994 77 317 17 56
Zəng etWhatsApp